“Çelsi” məşq kompleksindən yüksək texnologiyalı video avadanlıqların yoxa çıxması ilə bağlı Surrey polisi ilə əlaqə saxlayıb.
Operativ Media xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.
Qeyd olunur ki, klubun bəzi əməkdaşları hələ də yay məzuniyyətində olarkən futbolçuların çıxışını və taktiki hazırlığını təhlil etmək üçün istifadə olunan avadanlıq itib. Ola bilsin ki, video avadanlığı sadəcə olaraq köçürülüb və bütün işçilər işə qayıdanda tapılacaq. Lakin itkin avadanlıqların yüksək qiyməti və mütəxəssislər üçün vacib olması “Çelsi”ni vəziyyətə ciddi yanaşmağa və tam araşdırma aparmaq üçün polislə əlaqə saxlamağa məcbur edib. Müasir video avadanlıqların qiyməti 30 min funt sterlinq qiymətləndirilir.
"Çelsi" Premyer Liqanın 2025/26 mövsümünün ilk oyununu avqustun 17-də evdə keçirəcək. "Fulhem"in komandası "Kristal Pelas"la qarşılaşacaq.