Son Hin-Min: "MLS-də yeni çağırış üçün həyəcanlıyam"
Əziz Əzizli
Cənubi Koreya millisinin kapitanı Son Hın-Min “Los-Anceles”ə keçidini şərh edib.
Operativ Media xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 33 yaşlı vinger ABŞ klubuna keçdiyi üçün qürur duyduğunu deyib:
"Dünyanın ən məşhur idman şəhərlərindən birində böyük ambisiyaları olan “Los-Anceles”ə qoşulmaqdan inanılmaz dərəcədə qürur duyuram. “Los-Anceles”in zəngin çempionat tarixi var və mən növbəti fəsli yazmağa kömək etmək üçün buradayam. MLS-də yeni çağırış üçün həyəcanlıyam. “Los-Anceles”ə kuboklar qazanmaq üçün gəlmişəm, bu kluba, azarkeşlərimizə, şəhərə bütün gücümü verəcəm. Səbirsizliklə işə başlamağımı gözləyirəm”.
O, ABŞ klubu ilə 2027-ci il dekabrın 31-dək müqavilə imzalayıb.
Teqlər:
"Son Hin-Min: \"MLS-d\u0259 yeni \u00e7a\u011f\u0131r\u0131\u015f \u00fc\u00e7\u00fcn h\u0259y\u0259canl\u0131yam\""