İspaniyalı qapıçı Antonio Adan karyerasının İranın "İstiqlal" klubunda davam etdirəcək.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı ispaniyalı İran klubuna azad agent kimi keçib. O, bir mövsümlük müqavilə imzalayıb.
Adan Lissabonun "Sportinq"indən ayrıldıqdan sonra 2024-cü ilin iyul ayından klubsuz qalıb. O, daha əvvəl “Atletiko”, “Betis”, “Kalyari” və “Real Madrid” klublarında da oynayıb .
Ümumilikdə o, karyerası ərzində bütün yarışlarda 432 oyun keçirib və 511 qol buraxıb. O, 156 oyun qapısını toxunulmaz saxlayıb.