"Qəbələ" uoxlama oyuninda "Sumqayıt"la 2-2 hesablı heç-heçə edib.
Operativ Media xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze “Sumqayıt”la oyun barədə fikirlərini bölüşüb.
O bildirib ki, buraxılan qollar komandalarının öz səhvlərindən qaynaqlanıb:
“Gənc futbolçulara hələ təcrübə lazımdır. Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur. “Sumqayıt”la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı”, – deyə Tsxadadze vurğulayıb.
Baş məşqçi hazırlıq prosesindən və futbolçularından razı qaldığını, yeni transferlərin də komandaya qoşulduğunu qeyd edib:
“Düzdür, hələ komandaya uyğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur”, – o əlavə edib.