Menyu

Mədəsinə metal əşya batan şəxs xilas edilib

Nərmin Qocamanlı
Mədəsinə metal əşya batan şəxs xilas edilib

01.08.2025-ci il tarixdə qarnın boşluğuna metal əşya batmış 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. 

KTM-dən Operativ Media-ya verilən məlumata görə, aparılan müayinələr zamanı ona qarının ön divarına nüfuz edən, mədəni dəlib keçən, mədəaltı vəzininin, qarın aortasının yaralanması, kəskin qan itirmə və hemorragik şok diaqnozu qoyulub.

Xəstənin dərhal əməliyyat edilməsi planlaşdırılıb. 

Ümumi Cərrahiyyə şöbəsinin həkimləri Rauf Mirzəyev və Maya Xudiyeva tərəfindən əməliyyat icra edilib.

Uğurlu əməliyyat nəticəsində onun qarın boşluğunda yığılmış 3 l qan və qan laxtaları xaric edilib, zədələnmiş orqanların bərpası həyata keçirilib.

Daha sonra Şöbədə stasionar müalicələri başladılıb. 

Aparılan intensiv müalicələrdən sonra vəziyyəti stabil qiymətləndirilib və evə buraxılıb.

Daha sonra Şöbədə stasionar müalicələri başladılıb. 
Aparılan intensiv müalicələrdən sonra vəziyyəti stabil qiymətləndirilib və evə buraxılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər