Rusiya millisi oktyabrın 10-da İranla yoldaşlıq oyunu keçirəcək.
Operativ Media xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, qarşılaşma Volqoqradda keçiriləcək. İran yığması FİFA reytinqində 20-ci yerdədir. Rusiya komandası həmçinin sentyabrın 4-də İordaniya, sentyabrın 7-də isə Ər-Rayyanda Qətərlə qarşılaşacaq.
2025-ci ildə Rusiya millisi Qrenada (5:0), Zambiya (5:0), Nigeriya (1:1) və Belarus (4:1) ilə qarşılaşıb.
2022-ci ilin fevralından Rusiya milli komandası FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakdan kənarlaşdırılıb.
Teqlər:
"Rusiya millisi \u0130ranla yolda\u015fl\u0131q oyunu ke\u00e7ir\u0259c\u0259k"