Türkanda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Əsəd Abbaslı
Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
19:46
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Teqlər:
"T\u00fcrkanda d\u0259nizd\u0259 batan \u015f\u0259xsin meyiti tap\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B"