Menyu

"Mançester Siti"nin futbolçusu 1 aylıq sıradan çıxdı

Əziz Əzizli
"Mançester Siti"nin futbolçusu 1 aylıq sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Əl-Hilal"la yoldaşlıq oyununda zədə alıb.

Operativ Media xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 29 yaşlı ispaniyalının ciddi zədə aldığını və sentyabrın ortalarında meydana qayıdacağını bildirib.

2024/25 mövsümündə yarımmüdafiəçi zədə səbəbindən "Mançester Siti"nin heyətində bütün turnirlərdə cəmi 4 oyun keçirib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Teqlər:

"\"Man\u00e7ester Siti\"nin futbol\u00e7usu 1 ayl\u0131q s\u0131radan \u00e7\u0131xd\u0131"

Əlaqəli Xəbərlər