Menyu

"Qarabağ" qanalı futbolçusu ilə vidalaşa bilər

Əziz Əzizli
"Qarabağ" qanalı futbolçusu ilə vidalaşa bilər

“Qarabağ” daha bir legionerini itirə bilər. Ağdamlıların qanalı yarımmüdafiəçisi Emmanuel Addai ciddi təklif alıb.

Operativ Media Kipr mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə yerli APOEL ciddi şəkildə maraqlanır. Kiprlilərin Ağdam təmsilçisi ilə razılığa yaxınlaşdığı bildirilir.

Addainin “Qarabağ”la müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 1,2 milyon avro təşkil edir. Ötən mövsüm heyətə düşməkdə çətinlik çəkən legioner bu il avrokubokda baş tutan 3 oyunun hamısında əsas heyətdə olub.

Teqlər:

"\"Qaraba\u011f\" qanal\u0131 futbol\u00e7usu il\u0259 vidala\u015fa bil\u0259r"

Əlaqəli Xəbərlər