"Neftçi" Mali millisinin müdafiəçisini transfer etdi
Əziz Əzizli
“Neftçi” növbəti transferini həyata keçirib.
Operativ Media xəbər verir ki, Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako artıq “Neftçi” ailəsinin üzvüdür. Futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.
Teqlər:
"\"Neft\u00e7i\" Mali millisinin m\u00fcdafi\u0259\u00e7isini transfer etdi"