21 Fevral 2023, 19:50
İƏT Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib
İƏT Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib şəkil
İƏT Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bu barədə İƏT-in "Twitter" hesabında məlumat verilib.

"Azərbaycan Respublikasının Xocalı şəhərindəki soyqırımının anımının 31-ci ildönümü münasibətilə İƏT-in Baş katibi Hiseyn Brahim Taha 1992-ci il qətliamında həyatını itirənlərlə bağlı başsağlığı verir.

Baş katib Xocalı hadisəsinin Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsi olduğunu bir daha vurğulayır.

O, 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommunikesinə və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul edilmiş "1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsinə istinad edib hansı ki, bu sənədlər işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi qiymətləndirib".

Son xəbərlər
Bakıda külək attraksionu aşırıb
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq