Menyu

Rüfət Abdullazadə ehtiyatda qaldı, komandası məğlub oldu

Əziz Əzizli
Rüfət Abdullazadə ehtiyatda qaldı, komandası məğlub oldu

Xorvatiya futbol çempionatının II turunun oyunları keçirilib.

Operativ Media-nın məlumatına görə, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin bu yaydan çıxış etdiyi “Varajdin” səfərdə “Slaven”lə qarşılaşıb. Görüş qonaqların məğlubiyyəti ilə başa çatıb – 1:3. “Varajdin” oyunun qalan hissəsini bir nəfər azlıqda keçirib. Abdullazadə matç üçün heyətə daxil edilsə də, meydana çıxmayıb və beləliklə, yeni klubunda hələ rəsmi debüt etməyib.

Hazırda “Varajdin” 1 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.

Teqlər:

"R\u00fcf\u0259t Abdullazad\u0259 ehtiyatda qald\u0131 komandas\u0131 m\u0259\u011flub oldu"

Əlaqəli Xəbərlər