Menyu

Serbiya Birləşmiş Ərəb Əmirliklərindən kamikadze PUA-lar alacaq

Serbiya Birləşmiş Ərəb Əmirliklərindən kamikadze PUA-lar alacaq

Serbiya Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) kamikadze pilotsuz uçuş aparatları (PUA) alacaq.

"Operativ Media" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Əbu-Dabidə keçirilən beynəlxalq müdafiə sərgisində çıxış edən A.Vuçiç ölkəsinin BƏƏ ilə kamikadze PUA-ların alınmasına dair razılığa gəldiyini açıqlayıb. Bununla bağlı müqavilə iki gün ərzində imzalanacaq və PUA-lar qısa müddətdə Serbiyaya çatdırılacaq.

“Ümid edirik ki, ilk kamikadze PUA-lar yaxın 5-6 ay ərzində Serbiya Ordusunun istifadəsində olacaq”, - deyə A.Vuçiç vurğulayıb.

Dünyada yeni silahlanma yarışından kənarda qalmaq istəmədiklərini deyən Serbiya Prezidenti “Rafale” tipli döyüş təyyarələrinin alınması üçün Fransa ilə danışıqların davam etdiyini bildirib.

Teqlər:

"Serbiya Birləşmiş Ərəb Əmirliklərindən kamikadze PUA-lar alacaq"

Əlaqəli Xəbərlər