Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Nərmin Qocamanlı
Sabah Bakıda Uluqbəy küçəsində (Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinədək olan hissədə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Həmçinin Əhməd Rəcəbli küçəsində əvvəlcədən tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılacaq.
Bununla əlaqədar Ağa Nemətulla küçəsi (Fətəli xan Xoyski küçəsindən Uluqbəy küçəsinədək olan hissə) ilə hərəkət edən 2, 9, 11 və 24 nömrəli marşrutların hərəkəti dəyişdirilərək Əhməd Rəcəbli küçəsi ilə təşkil ediləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net