Menyu

"Zirə" "Şamaxı"dan ayrılan daha bir futbolçunu heyətinə qatdı

Əziz Əzizli
"Zirə" "Şamaxı"dan ayrılan daha bir futbolçunu heyətinə qatdı
1 dəq oxu

“Zirə” yeni futbolçu ilə anlaşıb. Komandamız Leroy Mikelsi heyətinə qatıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı futbolçuyla 2 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, 30 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Borussiya” ll (Münhenqladbax) “Sankt Pauli” ll, “Allemaniya”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Veys Oberhausen”, Bolqarıstanın “Spartak” (Varna), Səudiyyə Ərəbistanının “Əl-Tarayi” klublarında çıxış edib. Futbolçu son olaraq “Şamaxı”da çıxış edib.

Əlaqəli Xəbərlər