Menyu

Biləsuvarda yol qəzasında iki nəfər ölüb - YENİLƏNİB

Əsəd Abbaslı
Biləsuvarda yol qəzasında iki nəfər ölüb - YENİLƏNİB

Biləsuvardakı qəzanın təfərrüatı məlum olub.

Operativ Media xəbər verir ki, TƏBİB-dən bildirilib ki, qəza nəticəsində 3 nəfər – 1961, 1975 və 1996-cı il təvəllüdlü şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.

Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.

1961 və 1975-ci il təvəllüdlü şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyəti orta ağır olan 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.

Qəza zamanı 2025-ci il təvəllüdlü körpə (qadın cinsli) hadisə yerində, onun atası isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

20:25

Biləsuvar rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb.

Operativ Media xəbər verir ki, qəza köhnə Ələt–Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “VAZ 21015” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Bil\u0259suvarda yol q\u0259zas\u0131nda iki n\u0259f\u0259r \u00f6l\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər