Menyu

Donnarumma "Tottenhem"lə oyun üçün heyətə salınmayıb

Əziz Əzizli
Donnarumma "Tottenhem"lə oyun üçün heyətə salınmayıb

PSJ-nin qapıçısı Canluici Donnarumma UEFA Superkuboku çərçivəsində "Tottenhem"lə oyun üçün heyətə düşə bilmədiyi üçün məyus olub.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 26 yaşlı italiyalı yaxın vaxtlarda parislilərin müqaviləni yeniləməməsi və qapıçı Lük Şevalye ilə müqavilə imzalaması ilə bağlı mövqeyini açıqlayacaq.

Donnarumma 2021-ci ildən PSJ-də çıxış edir. 2024/25 mövsümündə o, parislilərin heyətində bütün yarışlarda 47 oyun keçirib, 43 qol buraxıb və 17 qapısını təmiz saxlayıb. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər