Ana səhifə / İdman / Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə yüksəldi Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə yüksəldi 12.08.2025, 21:48 Əziz Əzizli "Qarabağ" bu gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsi çərçivəsində cavab qarşılaşmasına çıxıb. Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi Şimali Makedoniyanın "Şkendiya" klubunu qonaq edib. "Qarabağ" Şimali Makedoniya təmsilçisinə 5-1 hesabı ilə qalib gəlib. Komandalar arasında baş tutan ilk qarşılaşma "atlılar"ın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində "Ludoqorets" - "Ferentsvaroş" cütünün qalibi ilə qarşılaşacaq. Teqlər: "\u00c7empionlar Liqas\u0131: \"Qaraba\u011f\" pley-off m\u0259rh\u0259l\u0259sin\u0259 y\u00fcks\u0259ldi"