"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"nə dəyişiklik edilib
Şəfa Hüseynli
Prezident İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Nizamnaməsinə dəyişikliyi təsdiqləyib.
Operativ Media xəbər verir ki, bununla bağlı Prezident fərman imzalayıb.
Sənədə əsasən, İRİA yardımçı dövlət informasiya sistemlərinin siyahısının müəyyən olunması ilə bağlı RİNN-ə təkliflər verəcək.
Ölkə üzrə rəqəmsal inkişafın arxitekturasının qurulmasını təmin etmək və rəqəmsallaşmanın həmin arxitekturaya uyğun həyata keçirilməsinə nəzarət olunmasında iştirak edəcək.
Həmçinin, rəqəmsal inkişafla və elektron hökumətlə bağlı görülən işlərə və həyata keçirilən tədbirlərə dair ildə iki dəfə Nazirliyə hesabat verəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net