Bir müddət əvvəl “TikTok”da məhşur blogerlərdən birinə 80–90 min manat məbləğində cərimə hesablanıb.
Operativ Media xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Məlum olub ki, sözügedən bloger “TikTok” səhifəsində “şir”ləri daha ucuz qiymətə satmaqla gəlirlərini vergidən yayındırmağa çalışıb. Vergi orqanı isə bunu müəyyən edib və şəxsə qarşı cinayət işi açılıb.
Dövlət Vergi Xidmətindən APA-ya verilən məlumata görə, elektron platformalarla bağlı fəaliyyətlər vergi nəzarətinin əhatə dairəsinə daxildir və bu sahədə müvafiq nəzarət mexanizmləri tətbiq edilir: “Vergi Məcəlləsinə əsasən, hesabatda göstərilən vergi məbləği hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılırsa, vergi ödəyicisinə, həmin Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, azaldılmış və ya yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur”.