Ana səhifə / İdman / "Mançester Yunayted" Donnarummanı transfer etmək fikrində deyil "Mançester Yunayted" Donnarummanı transfer etmək fikrində deyil 13.08.2025, 09:14 Əziz Əzizli "Mançester Yunayted" rəhbərliyi PSJ-dən qapıçı Canluici Donnarummanı almaqdan imtina edib. Operativ Media bu barədə "Mirror" nəşrinə istinadən xəbər verir. Mənbənin məlumatına görə, ingilis klubu 26 yaşlı italiyalıya iddialı olsa da, diqqəti digər namizədlərə yönəltmək qərarına gəlib. Avqustun 12-də Donnarumma Paris klubundan ayrıldığını açıqlayıb. "L'Equipe" iddia edir ki, futbolçu karyerasını "Mançester Siti"də davam etdirəcək . İtaliyalı 2021-ci ildən Paris komandasında çıxış edir. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı Donnarummanın dəyərini 40 milyon avro qiymətləndirir. Teqlər: "\"Man\u00e7ester Yunayted\" Donnarumman\u0131 transfer etm\u0259k fikrind\u0259 deyil"
31.01.2026, 19:17 Azərbaycanın hərbi attaşesi Türkiyənin iki vilayətində şəhid ailələrini ziyarət edib