"Qarabağ"ın pley-off oyunlarının başlama saatları bəlli oldu

Əziz Əzizli
"Qarabağ"ın pley-off oyunlarının başlama saatları bəlli oldu

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı bəlli olub.

Operativ Media UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun avqustun 19-da səfərdə Macarıstan təmsilçisi "Ferentsvaroş"a qarşı keçirəcəyi ilk matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş isə saat 20:45-də başlayacaq.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" (səfərdə - 1:0, evdə - 5:1) , "Ferentsvaroş" isə Bolqarıstanın "Ludoqorets" (səfərdə - 0:0, evdə - 3:0) klubunu mübarizədən kənarlaşdırıb.

Digər xəbərlər