Azərbaycanlı hakim Avropa çempionatının təsnifat mərhələsinə təyinat aldı
Əziz Əzizli
Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb.
Operativ Media xəbər verir ki, bu haqda Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, E.Zülfüqarov A qrupunda yer alan Türkiyə və Danimarka komandalarının bu gün keçiriləcək qarşılaşmasında ikinci hakim kimi meydana çıxacaq. Türkiyənin Malatya şəhərində baş tutacaq oyunun birinci hakimi isə yunanıstanlı Vasileios Vasileiadis olacaq.
Teqlər:
"Az\u0259rbaycanl\u0131 hakim Avropa \u00e7empionat\u0131n\u0131n t\u0259snifat m\u0259rh\u0259l\u0259sin\u0259 t\u0259yinat ald\u0131"