Azərbaycan dünya çempionatında 15 idmançı ilə təmsil olunacaq
Əziz Əzizli
27–31 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.
Operativ Media xəbər verir ki, yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Qeyd edək ki, dünya çempionatında 75 ölkədən 593 idmançı (313 oğlan, 280 qız) mübarizə aparacaq.