Konfrans Liqası: "Araz-Naxçıvan" və "Sabah" cavab oyunlarına çıxacaqlar
Əziz Əzizli
Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçiləri "Araz-Naxçıvan" və "Sabah" cavab oyunlarına çıxacaqlar.
Elmar Baxşıyevib yetirmələri Kiprdə "Omoniya"nın qonağı olacaqlar. Matç saat 21:00-da start götürəcək. Komandalar arasında keçirilən ilk matçda Kipr təmsilçisi 4-0 hesablı qələbəyə sevinib.
"Bayquşlar" isə "Bank Respublika Arena"da Bolqarıstanın "Levski" klubu ilə üz-üzə gələcək.
İlk oyunda "Levski" 1-0 hesabı ilə qalib gəlib. Görüş saat 20:00-da başlayacaq.
Teqlər:
"Konfrans Liqas\u0131: \"Araz-Nax\u00e7\u0131van\" v\u0259 \"Sabah\" cavab oyunlar\u0131na \u00e7\u0131xacaqlar"