"Xankəndi" FK daha bir transferini açıqladı

Əziz Əzizli
"Xankəndi" FK daha bir transferini açıqladı

“Xankəndi” Futbol Klubu yeni transferlərini açıqlamağa davam edir.

Operativ Media xəbər verir ki, bu dəfə Qarabağ təmsilçisi, tanınmış futbolçu Nurlan Novruzovu heyətinə qatıb.

Bütün yaş qruplarında Azərbaycan yığma komandalarının formasını geyinmiş, həmçinin Milli komandamıza da dəvət almış təcrübəli futbolçu, peşəkar karyerası ərzində bir çox Azərbaycan klublarında çıxış edib.

Nurlan, eyni zamanda Türkiyə, Moldova, Estoniya, Litva və Nepal kimi ölkələrin klublarında legioner həyatı da yaşayıb.

Digər xəbərlər