Menyu

Ötən ay Azərbaycanda yaşama icazəsi üçün müraciət edən əcnəbilərin sayı açıqlanıb

Nərmin Qocamanlı
Ötən ay Azərbaycanda yaşama icazəsi üçün müraciət edən əcnəbilərin sayı açıqlanıb

Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) 11 min 226 nəfər əcnəbi Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edib.

Operativ Media xəbər verir ki, bu barədə DMX məlumat yayıb.

Bildirilib ki, iyul ayı ərzində xidmətə 86 min 99 müraciət daxil olub. Onlardan 56 min 741-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.

Bununla yanaşı, vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərin sayı 137 olub. Azərbaycan vətəndaşlığına dair mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı isə 1914 müraciət qeydə alınıb.

Məlumatda qeyd olunub ki, müraciətlərdən 1 169-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.

Teqlər:

"\u00d6t\u0259n ay Az\u0259rbaycanda ya\u015fama icaz\u0259si \u00fc\u00e7\u00fcn m\u00fcraci\u0259t ed\u0259n \u0259cn\u0259bil\u0259rin say\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər