Roberto Mançininin agentləri italiyalı mütəxəssisi "Spartak"ın baş məşqçisi postuna təklif ediblər.
Operativ Media xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.
60 yaşlı mütəxəssisin son iş yeri 2024-cü ilin oktyabrında tərk etdiyi Səudiyyə Ərəbistanı millisi olub. Bundan əvvəl Mançini İtaliya millisini, "Zenit", "İnter", "Qalatasaray", "Mançester Siti", "Latsio" və "Fiorentina"nı çalışdırıb.
"Spartak"a 2024-cü ilin yayından Deyan Stankoviç başçılıq edir. 4 turdan sonra "qırmızı-ağlar" 4 xalla RPL turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Qurban Qurbanov da "Spartak"ın baş məşqçi namizədlərinin siyahısında yer alır.
Teqlər:
"Roberto Man\u00e7ini Rusiya klubunu \u00e7al\u0131\u015fd\u0131ra bil\u0259r"