Menyu

"Qalatasaray" mərkəz müdafiəçisi üçün 25 milyon avronu gözdən çıxardı

Əziz Əzizli
"Qalatasaray" mərkəz müdafiəçisi üçün 25 milyon avronu gözdən çıxardı

“Qalatasaray” Fransa Liqa 1 təmsilçilərindən olan “Monako” klubunun 24 yaşlı müdafiəçisi Uilfrid Sinqonu heyətinə qatmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə "HT Spor"un müxbiri Çağatay Çelik məlumat yayıb.

Həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi mövqelərində çıxış edə bilən Sinqo üçün icarə və məcburi satınalma bəndini əhatə edən ümumilikdə 25 milyon avroluq təklifin gündəmdə olduğu bildirilir.

Məlumata görə, “Qalatasaray” Uilfrid Sinqo üçün 5 milyon avro icarə haqqı və 20 milyon avro məcburi satınalma maddəsi daxil olan bir təklif irəli sürməyi planlaşdırır. Xəbərdə, 30 milyon avro tələb edən “Monako”nun isə məcburi satınalma maddəsi daxil olmaqla icarə təkliflərinə müsbət yanaşmadığı qeyd olunur.

1,90 metr boya malik Fil Dişi Sahilli müdafiəçi Uilfrid Sinqo əsasən mərkəz müdafiəçisi mövqeyində çıxış etsə də, sağ cinah müdafiəçisi kimi də oynaya bilir. Karyerasına vətənində “AS Denguélé” klubunda başlayan Sinqo, 2019-cu ilin əvvəlində “Torino”nun U-19 komandasına transfer olunub. Qısa müddət sonra əsas heyətə yüksələn gənc futbolçu A Seriyadakı uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. “Torino” forması ilə 109 oyunda meydana çıxan Sinqo 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Teqlər:

"\"Qalatasaray\" m\u0259rk\u0259z m\u00fcdafi\u0259\u00e7isi \u00fc\u00e7\u00fcn 25 milyon avronu g\u00f6zd\u0259n \u00e7\u0131xard\u0131"

Əlaqəli Xəbərlər