"Bavariya"nın vingeri Kinqsli Koman "Əl-Nəsr"ə keçməyə yaxındır.
Operativ Media xəbər verir ki, bu haqda Jurnalist Florian Plettenberq məlumat yayıb.
Mənbənin məlumatına görə, Səudiyyə klubu 29 yaşlı fransız üçün bonuslar da daxil olmaqla 35 milyon avro ödəməyə hazırdır. Futbolçu ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
Koman 2017-ci ilin yayından Münhen klubunda çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 339 oyun keçirib, 72 qol vurub və 71 məhsuldar ötürmə edib.