Menyu

Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar

Nərmin Qocamanlı
Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın növbəti uğurlu nəticəsi olaraq, 2025–2026-cı tədris ili üzrə 10 nəfər Azərbaycan vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Latviyada təhsil almaq hüququ qazanıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Operativ Media-ya verilən məlumata görə, seçim nəticəsində müəyyənləşdirilən tələbələr Latviya Respublikasının “Riga Technical University”, “University of Latvia”, “Rīga Stradiņš University” və digər nüfuzlu ali təhsil müəssisələrində müxtəlif səviyyələr üzrə təhsil alacaqlar.

Qeyd edək ki, bu təqaüd proqramında iştirak edən 23 ölkə arasında Azərbaycan tələbələri say çoxluğuna görə ilk üçlükdə yer alıb (https://www.viaa.gov.lv/en/article/results-latvian-state-scholarships-studies-20252026)

Bu, Azərbaycan gənclərinin beynəlxalq təhsil imkanlarından fəal istifadə etdiyini və xaricdə uğurla təmsil olunduğunu göstərir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər