Qazaxda meşəlik ərazidə yanğın başlayıb - YENİLƏNİB

Əsəd Abbaslı
Qazaxda meşəlik ərazidə yanğın başlayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

Operativ Media xəbər verir ki, bu barədə FHN-nin yaydığı məlumatda qeyd olunub.

"Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təxminən 50ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri davam etdirilir", - deyə məlumatda bildirilib.

18:13

Qazaxda meşəlik ərazidə yanğın başlayıb.

Operativ Media xəbər verir ki, Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.

Məlumata görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.

Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əraziyə iki helikopter cəlb olunub.

Digər xəbərlər