"Barselona" Kunde ilə müqaviləni 2030-cu ilə qədər uzadıb
Əziz Əzizli
"Barselona" müdafiəçisi Jül Kunde ilə müqaviləni uzadıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçunun "Barselona" ilə yeni müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir. Əvvəlki müqavilə 2027-ci ilin iyun ayına kimi qüvvədə idi.
Kunde "Barselona"ya 2022-ci ildə "Sevilya"dan keçib. O, kataloniyalıların heyətində bütün yarışlarda 141 oyun keçirib, 7 qol vurub və 18 məhsuldar ötürmə edib. "Barsa" ilə müdafiəçi iki dəfə La Liqanın, İspaniya kubokunun qalibi olub və iki dəfə İspaniya Superkubokunu qazanıb.
Teqlər:
"\"Barselona\" Kunde il\u0259 m\u00fcqavil\u0259ni 2030-cu il\u0259 q\u0259d\u0259r uzad\u0131b"