Menyu

Adil Şükürov: “Ələ düşən imkanlardan istifadə edə bilmədik”

Əziz Əzizli
Adil Şükürov: “Ələ düşən imkanlardan istifadə edə bilmədik”

“Ələ düşən imkanlardan istifadə edə bilmədik”.

Operativ Media xəbər verir ki, bunu “Sumqayıt”la oyundan sonra “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

O bildirib ki, komanda ilk oyunda xal qazanmaq və yaxşı nəticə ilə Gəncəyə qayıtmaq istəyib:

“Amma təəssüf ki, ələ düşən imkanlardan istifadə edə bilmədik. Futbolun yazılmamış qanunu işə düşdü və komandamız qol buraxdı. Daha sonra hücum edərkən əks-hücumdan ikinci qolu buraxdıq. Bunun ardınca futbolçularda ruh düşkünlüyü yarandı və yekunda məğlub olduq”.

Qeyd edək ki, "Kəpəz" səfərdə "Sumqayıt"a 0-3 hesabı ilə məğlub olub.

Teqlər:

"Adil \u015e\u00fck\u00fcrov: \u201c\u018fl\u0259 d\u00fc\u015f\u0259n imkanlardan istifad\u0259 ed\u0259 bilm\u0259dik\u201d"

Əlaqəli Xəbərlər