Ukraynanın Avroatlantik məkana inteqrasiyası müzakirə edilib
Ukrayna Prezidenti Volodimir Zelenski estoniyalı həmkarı Alar Karislə telefonla danışıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna lideri tviter səhifəsində məlumat verib.
“Ukraynaya hərbi və siyasi dəstəyə görə təşəkkür etdim. NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammiti ilə bağlı fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.
O, Estoniya Prezidenti ilə Ukraynanın Avroatlantik məkana inteqrasiyası məsələsini də müzakirə edib.
Teqlər:
"Ukraynanın Avroatlantik məkana inteqrasiyası müzakirə edilib"