22 Fevral 2023, 19:27
Stoltenberq: "Alyans ərazisinin hər qarışını qoruyacayıq"
Stoltenberq: "Alyans ərazisinin hər qarışını qoruyacayıq" şəkil
Stoltenberq: "Alyans ərazisinin hər qarışını qoruyacayıq"

"NATO müttəfiqləri heç vaxt bu qədər birləşməyiblər".

"Operativ Media" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Varşavada keçirilən B9 sammitində çıxışında deyib.

"Biz NATO müqaviləsinin 5-ci maddəsindəki bir-birimizi müdafiə etmək öhdəliyimiz əsasında Alyans ərazisinin hər qarışını qoruyacaq və müdafiə edəcəyik".

O, "Rusiyanın uzun illər boyu davam edən təcavüz nümunəsini" vurğulayaraq, "müharibənin nə vaxt bitəcəyini bilmirik, lakin bitəndə tarixin təkrarlanmamasını təmin etməliyik" deyə əlavə edib.

“Rusiyanın Avropanın təhlükəsizliyinə zərbə vurmağa davam etməsinə icazə verə bilmərik. Biz Rusiyanın təcavüzü xəttini dayandırmalıyıq ”, - baş katib bildirib.

Stoltenberq Ukraynaya dəstəyin vacibliyini də vurğulayıb: "Ukraynaya dəstəyimizi davam etdirməli, gücləndirməliyik və onun qalib gəlməsi üçün lazım olanları verməliyik".

Son xəbərlər
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb
ABL: "Gəncə" "Şəki"ni məğlub etdi
Binəqədidə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı