22 Fevral 2023, 19:34
Conatan Elkind: “Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin resursları var”
Conatan Elkind: “Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin resursları var” şəkil
Conatan Elkind: “Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin resursları var”

“Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin resursları var”.

"Operativ Media" xəbər verir ki, bunu Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin baş elmi işçisi Conatan Elkind jurnalistlər üçün keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycanda xüsusilə günəş və külək enerjisinin inkişafı üçün çox böyük potensial var: “Azərbaycan, Gürcüstan və digər ölkələr arasında bərpa olunan enerji sahəsində əlaqələrin qurulması konkret ölkənin spesifik hava şəraitindən asılı olmayaraq, daimi və fasiləsiz enerji təchizatını təmin edəcək. Bu, Azərbaycan və bütün region üçün çox perspektivlidir və investorları da cəlb edə bilər”.

O, Azərbaycanın bərpa olunan enerjiyə keçidlə bağlı niyyətlərinin vacibliyini də qeyd edib: “Bu, digər məsələlərlə yanaşı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə apardığının göstəricisidir”.

Son xəbərlər
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək