"CBC Sport" kanalı Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Fənərbağça" - "Benfika" oyununu yayımlaya bilməyəcək.
Operativ Media xəbər verir ki, bu haqda kanal özü məlumat yayıb.
"Hörmətli “CBC Sport” izləyiciləri, bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutacaq “Fənərbağça” – “Benfika” görüşünü efirimizdə təqdim edə bilməyəcəyik. Yayımın baş tutmaması bizdən asılı olmayan texniki səbəblərlə bağlıdır. Oyunun yayımlanması üçün maksimum səylər göstərilsə də, təəssüf ki, mümkün olmadı. Anlayışınıza görə təşəkkür edirik!", - paylaşımda qeyd edilib.