Türk Silahlı Qüvvələrinin hərbçiləri zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb

admin
Türk Silahlı Qüvvələrinin hərbçiləri zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb

Türk Silahlı Qüvvələrinin hərbçiləri ölkənin cənub-şərqində baş verən zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, bundan əlavə, 2 250 şəxsin cəsədinin də hərbçilər tərəfindən dağıntılar altından çıxarıldığını qeyd edib.

Nazir Akarın sözlərinə görə, 65 təyyarə və 70 helikopter vasitəsi ilə hava dəhlizi yaradaraq, bölgəyə humanitar yardımın çatdırılması, axtarış-xilasetmə işlərinə dəstək təmin edilib.

Digər xəbərlər