Menyu

"Ayntraxt" yeni qapıçı transfer edib

Əziz Əzizli
"Ayntraxt" yeni qapıçı transfer edib
1 dəq oxu

Frankfurt "Ayntraxt"ı "Verder"in qapıçısı Mixael Zettereri transfer edib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı almanla 2029-cu ilə qədər müqavilə imzalanıb.

"Mən bu klubun bir hissəsi olmaqdan şadam və məqsədlərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm",- deyə yeni transfer qeyd edib.

"Transfermarkt" nəşri futbolçunun dəyərini 5 milyon avro qiymətləndirir.

2024/25 mövsümündə Zetterer bütün yarışlarda 38 oyun keçirib və 60 qol buraxıb. O, həmçinin 12 matçda qapısını təmiz saxlayıb.

Həftənin əvvəlində qapıçı Kevin Trapp Frankfurt “Ayntraxt”ından "Paris"ə keçib.

Əlaqəli Xəbərlər