22 Fevral 2023, 20:12
Ukraynaya ediləcək yardımın həcmi açıqlanıb
Ukraynaya ediləcək yardımın həcmi açıqlanıb şəkil
Ukraynaya ediləcək yardımın həcmi açıqlanıb

İsveçrə 2023-cü ildə Ukraynaya 114 milyon frank (123 milyon ABŞ dollarından çox), Moldovaya isə 26 milyon frank (28 milyon ABŞ dollarından çox) yardım ayırmaq niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb.

“Federal Şura əmindir ki, hələ də çətin vəziyyətdə olan əhalinin vəziyyətini yaxşılaşdırmaq və dövlətin fəaliyyətini təmin etmək üçün Ukraynaya dəstək davam etməlidir. Bununla əlaqədar, hökumət Ukrayna və Moldovaya 140 milyon frank məbləğində yeni yardım planı təklif edir: Ukrayna üçün 114 milyon, Moldovaya isə 26 milyon”, - hökumətin yaydığı bəyanatda deyilir.

Federal Şuradan xatırladılıb ki, 2022-ci il fevralın 24-dən indiyədək İsveçrə Ukraynaya yardım tədbirləri çərçivəsində təxminən 1,3 milyard frank (1,4 milyard ABŞ dollarından çox) ayırıb. Bu məbləğin 270 milyon frankından çoxu beynəlxalq əməkdaşlıq və digər fəaliyyət növləri çərçivəsində təmin edilib. Öz növbəsində, Ukraynadan olan qaçqınların qəbulu proqramına 1,035 milyard frank ayrılıb.

Son xəbərlər
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Tramp ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesindən çıxa biləcəyini istisna etmir
ABL: "Neftçi" "Ordu"nu məğlub etdi
Starmer və Tramp Ukraynadakı vəziyyəti və husilərə qarşı əməliyyatları müzakirə ediblər
Ukraynada 80 minə yaxın universitet tələbəsi hərbi təlim keçəcək
Azərbaycan PL: "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçə etdi