Ötən il Azərbaycana 22 min küveytli turist səfər edib
“Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb. Belə ki, ötən il ərzində Azərbaycana gələn küveytli turistlərin sayı artaraq 22 min nəfərə yaxın olub”.
"Operativ Media" xəbər verir ki, bu barədə Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Muhammad Almoved deyib.
Onun sözlərinə görə, bu artımda iki ölkə arasında müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsinin də böyük rolu var.
Diplomat qeyd edib ki, turizmlə yanaşı digər sahələrdə də əməkdaşlığın inkişafı davam edir.
Teqlər:
"Ötən il Azərbaycana 22 min küveytli turist səfər edib"