Məktəbli formaları neçəyədir? - QİYMƏTLƏR

Nərmin Qocamanlı
Məktəbli formaları neçəyədir? - QİYMƏTLƏR

Yeni dərs ilinin başlanmasına bir aydan az vaxt qalıb. Bununla əlaqdər olaraq məktəbli formalarına olan tələbat artıb.

Bəs formaların qiyməti nə qədərdir?

"Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov Operativ Media-ya bildirib ki, hazırda Bakı Tikiş Evinin istehsalı olan məktəb formalarının qiymətlərində əhəmiyyətli endirimlər tətbiq olunub:

  • Qısa qol köynəklər: 12 manatdan 8 manata – 33% endirim

  • Uzun qol köynəklər: 12 manatdan 10 manata – 18% endirim

  • Şalvar və ətəklər: 20 manatdan 15 manata – 25% endirim

  • Jaketlər: 30 manatdan 20 manata  endirilib – 33% endirim

O, bildirib ki, bazarın ucuz, süni materialdan hazırlanmış, keyfiyyətsiz və mənşəyi məlum olmayan məktəb formaları ilə dolu olması valideynləri aldatmaqla uşaqların təhlükəsizliyinə risk yaradır.

"Məktəb formalarımız keyfiyyətli və sertifikatlıdır. Satın alınan məhsullara 1 il zəmanət verilir", - o, qeyd edib.

 

Digər xəbərlər