22 Fevral 2023, 20:41
Blinken və Quterreş arasında taxıl sazişi müzakirə ediləcək
Blinken və Quterreş arasında taxıl sazişi müzakirə ediləcək şəkil
Blinken və Quterreş arasında taxıl sazişi müzakirə ediləcək

ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukrayna üzrə nazirlər iclasında iştirak edəcək. O, təşkilatın Baş katibi Antoniu Quterreşlə də görüşəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər iclasında iştirak etmək üçün fevralın 23-24-də Nyu-Yorka gedəcək”, - məlumatda deyilir.

ABŞ dövlət katibi BMT Baş katibi ilə taxıl sazişinin genişləndirilməsi imkanlarını müzakirə edəcək.

Bundan əlavə, E.Blinken və A.Quterreş Ukraynaya genişmiqyaslı iqtisadi, hərbi və humanitar dəstəyi müzakirə edəcəklər.

Qeyd olunur ki, iclas Rusiyanın Ukraynaya qarşı elan olunmamış müharibəyə başlamasının birinci ilinin tamamlanmasına həsr olunacaq.

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı