Kürdəxanıda kişi arvadını qətlə yetirib, daha sonra intihar edib
Şəfa Hüseynli
Avqustun 21-də paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan Operativ Media-ya verilən məlumata görə, araşdırma zamanı 1979-cu il təvəllüdlü İlham Məmmədovun gecə saatlarında birgə yaşadıqları evdə arvadı 1988-ci il təvəllüdlü Gülnaz Məmmədovaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net