Ana səhifə / İdman / "Qalatasaray" rusiyalı futbolçu ilə maraqlanır "Qalatasaray" rusiyalı futbolçu ilə maraqlanır 22.08.2025, 12:18 Əziz Əzizli ÇSKA-nın yarımmüdafiəçisi Matvey Kislyak karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirə bilər. Operativ Media xəbər verir ki, bu haqda "BeIn Sports" məlumat yayıb. Mənbənin məlumatına görə, 20 yaşlı rusiyalı Moskva klubunun rəhbərliyinə rəsmi təklif olacağı təqdirdə transferə razılıq verəcəyini bildirib. Daha əvvəl "qırmızı-göylər"in baş məşqçisi Fabio Selestini Kislyakın mümkün gedişini inkar etmişdi. Kislyak ÇSKA akademiyasının yetirməsidir. 2025/26 mövsümündə 5 matçda 1 qol vurub, 3 məhsuldar ötürmə edib. Teqlər: "\"Qalatasaray\" rusiyal\u0131 futbol\u00e7u il\u0259 maraqlan\u0131r"