Menyu

Tacikistanda güclü zəlzələ olub

Əziz Əzizli
Tacikistanda güclü zəlzələ olub

Tacikistanın Çin ilə sərhədinin yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb. Çin vaxtı ilə səhər saat 8:37-də (Bakı vaxtı ilə 4:37) qeydə alınan yeraltı təkanlar Çinin Sincan Uyğur muxtar rayonunda da hiss olunub. Zəlzələnin episentri Tacikistan-Çin sərhədindən 82 kilometr aralıda olub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Qeyd edək ki, fevralın 22-də Sincan Uyğur muxtar rayonunun Ağsu prefekturasında 4,6 bal gücündə zəlzələ baş verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər