23 Fevral 2023, 07:23
Kaliforniyada 3 nəfəri öldürən şəxs saxlanılıb
Kaliforniyada 3 nəfəri öldürən şəxs saxlanılıb şəkil
Kaliforniyada 3 nəfəri öldürən şəxs saxlanılıb

ABŞ-ın Kaliforniya ştatının Orinc qraflığında atışma nəticəsində azı üç nəfər ölüb.

"Operativ Media" xəbər verir ki, bu barədə yerli polis idarəsinin tviter səhifəsində yerləşdirilən məlumatda deyilir.

“19 yaşlı Keith Melvin Moses 20 yaşlarında bir qadının, 9 yaşlı qızın və “News 13” əməkdaşı da daxil olmaqla üç nəfərin ölümü ilə nəticələnən atışma hadisələrində şübhəli bilinir. Şübhəli şəxs saxlanılıb”, - məlumatda qeyd edilib.

“Associated Press”in məlumatına görə, jurnalist daha əvvəl bir qadın və bir qızın ölümü ilə nəticələnən atışma yerinin yaxınlığında ölümcül yaralanıb. Telekanalın çəkiliş qrupunun daha bir üzvünün yaralandığı və vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Son xəbərlər
Prezidentin Sərəncamı 2 469 şəxsə şamil olunacaq
Paytaxtda daha bir küçədə xüsusi hərəkət zolağı təşkil olunub
Sumqayıt Tekstil Fabrikində zəhərlənənlərin sayı artıb - YENİLƏNİB
XİN sözçüsü: Çin və Azərbaycan strateji tərəfdaşdır
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub