Ana səhifə / İdman / "Fənərbaxça" yeni transferini açıqladı "Fənərbaxça" yeni transferini açıqladı 22.08.2025, 15:23 Əziz Əzizli "Fənərbaxça" 27 yaşlı meksikalı futbolçu Edson Alvaresi icarə əsasında heyətinə cəlb edib. Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Edson Alvares 2023-cü ilin yayında “Ayaks”dan 38 milyon avroya “Vest Hem Yunayted”ə transfer olunub. London klubunda keçirdiyi 73 oyunda 2 qol, 3 assistlə yadda qalıb. Meksikalı yarımmüdafiəçi peşəkar karyerasına isə vətənində “Amerika”da başlayıb. Teqlər: "\"F\u0259n\u0259rbax\u00e7a\" yeni transferini a\u00e7\u0131qlad\u0131"