Azərbaycanın U-17 (Qadınlar) millisinin oyunlarının tarixi müəyyənləşdi
Əziz Əzizli
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.
Operativ Media xəbər verir ki,bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq. Matçlar Moldovada təşkil olunacaq.
Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcək.
Teqlər:
"Az\u0259rbaycan\u0131n U-17 (Qad\u0131nlar) millisinin oyunlar\u0131n\u0131n tarixi m\u00fc\u0259yy\u0259nl\u0259\u015fdi"